Ağalarovun ilk biznesi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Ağalarovun ilk biznesi

Ağalarovun ilk biznesi


Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bizneslə 1988-ci ildən məşğul olduğunu söyləyir.

ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatına müsahibə verən iş adamı yaratdığı ilk kooperativi “Şafran” adlandırdığını bildirir.

“Sonra adı ingilis dilinə çevirdik və “Krokus” alındı. Onda bütün kooperativlər alqı-satqı ilə məşğul olurdu, başqası, demək olar ki, yox idi. Biz eyni vaxtda çox sahəli ticarətlə məşğul idik. Onda mağazalarda dolablar tamamilə boş idi. Böyük qastronomlarda yalnı üç litrlik balonlarda pomidor turşusu, küknar şirəsi və mineral sular satılırdı.ö Biz isə Azərbaycandan ərik, nar, yemiş və qarpız gətirirdik. On tonluq maşın gəlirdi və Novıye Çeremuşkidə 10 universama paylayırdıq və sonra pulu yığırdıq. Moskvaya təyyarə ilə təzə göyərti göndərirdik. İnsanlar səhərlər göyərtini ləkdən yığırdılar, təyyarəyə yükləyirdik, hava limanından isə dərhal bazara aparırdıq”,- deyə Ağalarov həmin günləri xatırlayıb.

Daha sonra iş adamı texnika tijarətinə girişib. Kompyuter avadanlığı, məişət əşyalarının, kosmetika və s.-in alış-verişi ilə məşğul olub. Sonra prioritet istiqamətlərin müəyyən edilməsinin vacibliyi ortaya çıxıb və “Krokus” geyim ticarətinə başlayıb. Çindən konteynerlərlə ayaqqabı gətirərək bütün SSRİ ərazisində satdırıb.

“Onda mən özüm yüngül plaş layihələndirdim və onu “Al Kapone” adlandırdım. Bu plaşlardan mən milyon ədəd satdım, halbuki, qara rəngli bircə modeli vardı”,- deyə Araz Ağalarov 25 il əvvəli xatırlayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *