Gül siyasətlə məşğul olacaq?
Türkiyənin sabiq prezidenti ötən gün cümə namazını İstanbulun Beşiktaş rayonundakı “Ertuğrul Tekke” mescidində qılıb.
ANS PRESS-in məlumatına görə, namazdan sonra məsciddən çıxan Gül bir müddət vətəndaşlarlasöhbət edib.
Daha sonra yaxınlıqda olan taksi dayanacağına gedən sabiq dövlət adamı burda da söhbət edib və çay içib.
Əvvəllər üzərində dövlətin məsuliyyəti olduğunu deyən Abdullah Gül hazırda xalqın arasında olduğunu, bunun özü üçün xöşbəxtlik mənbəyi olduğunu bildirib.
Sabiq prezident jurnalistlərin siyasətə qayıdıb – qayıtmamaq barədə suallarına da cavab verib:
“Ən aşağıdan başlayaraq zirvəyə qədər siyasətlə məşğul oldum. 25 il xalqa, millətə, dövlətimizə həm xidmət etdim, həm də türk millətini dünyanın dörd bir tərəfində fəxrlə təmsil etdim”.
Gül daha sonra taksi sürücüləri ilə xatirə fotosu çəkdirərək evinə gedib.
Mənbə:> ANSPRESS