Simanın atası məşhur şirkətin rəhbəridir- Onu hamı tanıyır
Sima məşhur proqramdan ayrılmasını tez-tez özünü və millətini təhqir etməsi ilə əlaqələndirib.
"Qafqazinfo" Türkiyəni qarışdıran 17 yaşlı Simanın iş adamı olduğu deyilən atası ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, həqiqətən də Simanın atası iş adamıdır, özü də çox məşhur və mediada onun adı tez-tez hallanır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iştirakçının atası Vahid Şərafətdinov Türkiyə, Rusiya və İranda şirkətlərə sahibdir. Biznesmen İranda daha çox tanınır, eyni zamanda Dubayda şirkətləri var. İş adamı mediada daha çox Xocalı faciəsi ilə bağlı təşkil etdiyi tədbirlərlə gündəmə gəlib. O həm də Qarabağ müharibəsi veteranıdır.
Ən əsası isə Vahid Şərafətdinov “OBA Construction Chemical. Co.” şirkətinin rəhbəridir və İranın Araz İqtisadi Zonasında fəaliyyət göstərən 4 azərbaycanlı iş adamından biridir.
Şirkət hazırda İranın 24 vilayətində zavodun satış nümayəndəlikləri mövcuddur. “OBA Construction Chemical. Co.” təklif etdiyi qiymətlərə baxmayaraq, Ermənistanla bazarlıq etmək qəti şəkildə yasaqlanıb.
Zavoda 125 adda məhsul istehsal olunur. Xammalı İrandan, bir qismini isə Almaniyadan gətirilir.
Qeyd edək ki, Sima "Qafqazinfo"nun əməkdaşına Türkiyədə verdiyi müsahibədə atası barədə danışmaq istəmədiyini bildirmişdi:
"Mənim atam əslən türkdür. Soyumuz Osmanlı padşahlığından gəlmədir. Bu haqda çox danışmaq istəmirəm. Ata-anam buna xoş baxmırlar. Mən efirdən atamın adını deyəndən sonra bir çox vəzifəli şəxslər zəng etdilər. Çünki bizim soyaddan təkdir. Bu zənglərə görə atam narahat oldu. Dedi ki, mənim kimi bir adamın belə bir qızı ola bilməz, çox utanıram".
Mənbə:> Qafqazinfo.az