“Atam dedi ki, səndən utanıram”- Türkiyəni qarışdıran Sima » AzNews.info -Xəbər portalı

Bölmə: Maqazin, Foto

“Atam dedi ki, səndən utanıram”- Türkiyəni qarışdıran Sima – FOTO

“Atam dedi ki, səndən utanıram”- Türkiyəni qarışdıran Sima


“Qafqazinfo”nun əməkdaşı Türkiyəyə gedərək bu ölkənin mediasının fenomeninə çevrilən, “İşte benim stilim”in qalmaqallı azərbaycanlı iştirakçısı Sima Şərafətdinovadan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:


“Məktəbi qızıl medalla bitirmişəm”

- Sima Şərafətdinova kimdir?

-Mən Bakıda fotomodelliklə məşğul olmuşam. Bir çox yerli şirkətlərin reklam çarxlarında yer almışam. Eyni zamanda ANS TV-də yayımlanan “Komedi.az” əyləncəli proqramda çıxışlarım olub. Ondan sonra Space TV-də yayımlanan “Azərlotoreya” verilişində münsif kürsüsündə əyləşmişəm. Artıq mən “Best model of Azerbaijan” müsabiqəsinə qatıldım və birinci seçildim. Erkan Özarman məni çox böyük sevgi ilə qarşıladı. Bu müsabiqənin dünya finalında “Best press 2014” gözəli seçildim. Onu da qeyd edim ki, məktəbi qızıl medalla bitirmişəm. Şeir müsabiqəsinin iki dəfə respublika qalibi olmuşam.

- Sənin şeir demək qabiliyyətin də var?

-Bəli, ən çox sevdiyim şeirlər sırasında türk dilində “Sakarya” və “Ana” şeirləridir. Azərbaycan dilində isə “Ayağa qalx Azərbaycan”dır. Hətta mən uşaq vaxtlarımda aparıcılıq da etmişəm.

“Dedilər ki, azərilərə yaltaqlıq etməyəcəyik”

- Aydındır, TV 8-də yayımlanan “İşte benim stilim” zövq müsabiqəsinə ulduz almadan birbaşa 13-lüyə daxil oldun...

-Mən “Best model of Azerbaijan” müsabiqəsində iştirak edəndə 55 jürinin hamısı Türkiyənin tanınan simaları idi. Bu zaman bir çox təkliflər oldu. Bu təkliflərdən biri də Bülent Ersoyda eyni filmdə rol almağım idi. Filmin adı “Türk lokumu”dur. Mən aktrisalıq etmək istəmədiyim üçün o filmdə rol almaqdan imtina etdim. Star TV-də yayımlanan “Patron” verilişinə model olaraq qatıldım. Orada məni kəşf elədilər. Mən o zaman “İşte benim stilim-1”in seçimlərinə qatılmışdım. Bakıdan müraciət etmişdim. Qatılmağıma baxmayaraq mənə ulduz vermədilər. Yarışmanın qanunlarına görə, ulduz almayan iştirakçı yarışmaya qatıla bilməz. İştirakçı olan 13 qızın hamısı ulduz alan iştirakçılar idi. İlk gəldiyimdə məni yaxşı qarşılamadılar. Dedilər ki, azərilərə yaltaqlıq etməyəcəyik. Efir arxası münasibətlər də xoşuma gəlmədi. Məni 1-ci yarışmada seçmədikləri üçün sevindim. “Patron” verilişindən sonra yapımcı mənə təklif etdi ki, müsabiqəyə qatılım. Mənim cavabım “yox” oldu. Səbəb isə bir serial çəkilişləri barədə danışıqlar aparırdıq. Qonorar qane etmədiyi üçün mən onlarla yenidən əlaqə saxladım. Beləliklə, 3-cu sezonun iştirakçısı oldum.

“Atam dedi ki, səndən utanıram”- Türkiyəni qarışdıran Sima


17 yaşın var, amma səni qəbul etdilər.

-Mənə dedilər ki, 17 yaşın olduğun üçün ailəndən icazə alınmalıdır. Atama zəng vurub yalvarmağa başladım. Bu yalvarışlarım nəticə çıxardı, onun icazəsini aldım.

“Onu biabır etdiyimi, mənim qızım heç bir gözəllik müsabiqələrinə qatıla bilməyəciyini söylədi”

- Atan digər müsabiqələrə iştirakın üçün icazə vermişdi?

-Atamın “Best model”ə qatılmağımdan xəbəri yox idi. Mən birinci seçiləndən sonra dünya finalına getdim. Atam burda deyildi. Bakıya gedəndə onu təbrik etməyə başladılar ki, bəs qızın qalib olub. Atam zarafat kimi qəbul edib. Ondan sonra evdə çox gərginlik yaşandı. Mənimlə danışmadı, Bakıya qayıtmağımı istədi. Onu biabır etdiyimi, mənim qızım heç bir gözəllik müsabiqələrinə qatıla bilməyəciyini söylədi. Atam belə şeylərə çox pis baxır, xasiyyəti çox ağırdır. ABŞ-da oxumağıma icazə vermədi. Sırf bunlara görə ki, onun gözünün qabağında olum.

- Hər kəsi bir sual maraqlandırır. Sima kimin qızıdır?

- Mənim atam əslən türkdür. Soyumuz Osmanlı padşahlığından gəlmədir. Bu haqda çox danışmaq istəmirəm. Ata-anam buna xoş baxmırlar. Mən efirdən atamın adını deyəndən sonra bir çox vəzifəli şəxslər zəng etdilər. Çünki bizim soyaddan təkdir. Bu zənglərə görə atam narahat oldu. Dedi ki, mənim kimi bir adamın belə bir qızı ola bilməz, çox utanıram.

- Atanla münasibətin normallaşıb?

- Hə, indi normallaşıb. Ancaq qohumlarla münasibətlərimiz o qədər də ürəkaçan deyil.

“Azərbaycanlı qadın heç vaxt çılpaq foto paylaşmaz”

- Bu yarışmaya görə qohumlar səninlə əlaqəni kəsib?

- Yox, əvvəldən münasibətlərimiz yaxşı olmayıb. Bir xalamla danışmırıq. Mən “Komedi.az” verilişində çalışan zaman heç kəs normal baxmırdı. “Best model” yarışmasında fotomun altındakı min şərhdən 5-i ürəkaçan idi. Bu stereotipləri aşmaq lazımdır. Hətta “İşte benim stilim”də bəzi qızların qıcıqlanacağı bir məsələ var idi. İnstagramda çimərlik geyimində olan fotonun özümün olmadığını dedilər. Mən isə dedim ki, düz deyirsiz, azərbaycanlı qadın heç vaxt çılpaq foto paylaşmaz. Bu məsələyə çox qıcıqlandılar. Mənə dedilər sən burda şortla gəzirsən. Şortla çılpaq şəkil tamam fərqlidir. Mən şort geyinsəm belə diqqət cəlb etmirəm. 17 yaşım var, uşağam. Vulqar görünmürəm.

[center]“Atam dedi ki, səndən utanıram”- Türkiyəni qarışdıran Sima


“Mənə yıxılmağım üçün “padnoşka” verirlər”

- Birbaşa 13-lüyə daxil olmağını digər iştirakçılar necə qarşıladı?

- Onun yarışma qanunlarının pozulduğunu bildirərək narazılıq etdilər. Mən 8 həftədir ki, ordayam və 8 iştirakçını yola salmışam. Buna görə susurlar. İçəridə mənə qarşı olan münasibətlər çox ağırdı. Mənə yıxılmağım üçün “padnoşka” verirlər, ağır sözlərdən istifadə edirlər. Özləri də deyir ki, sənə bu qədər şey edirik, niyə çıxıb getmirsən? Üstümə çox qışqırırlar. Bir dəfə geyim şkafımı dağıtmışdılar, açarını sındırmışdılar. Elədikləri mədəniyyətdən uzaqdır.

“Azərbaycan sözünü çox işlətməyimi istəmirlər”

- Belə anlayıram ki, sənə təziqlər çox olur...

- İnanılmaz dərəcədə... İştirakçılar, kameramanlar belə üstümə qışqırırlar. Onların qışqırmağa haqları yoxdur. Onların cavabı isə “xoş deyilsə qayıt ölkənə” olur. Mən türkləri qonaqpərvər bir millət kimi bilirdim. Universitetdə belə eyni hallarla rastlaşıram. Onlar Azərbaycan sözünü çox işlətməyimi istəmirlər. Türklər “bilərzik” sözünə bilerzik deyirlər. Bir dəfə efirdə bu sözü işlətdim. Dedilər, Türkiyədəsənsə türkcə danışmalısan. Məni mənfi obraz kimi tanıtdırırlar. Mən mədəni şəkildə sözümü deyirəm. Ancaq o biriləri qeyri-etik sözlərdən istifadə etdikləri üçün yayımlaya bilmirlər. İşlətdiyim sözlərin əksəriyyəti kəsilir. Özləri qısqanclıqlarını biruzə verirlər. Mənim atamın varlı olduğunu, bahalı paltarlar aldığımı deyirlər.

“Mənə deyirlər Elnur bir dəfə birinci oldu, sən olmayacaqsan”

- Bu təhqirlər barədə rəhbərliyə şikayət etmirsən?

- Mən neçə dəfə şikayətimi bildirmişəm. Orda məni tək qoruyan Nur Yerlitaşdır. Bir dəfə Ezgi adlı iştirakçı üstümə gəlmişdi, şəxsi həyatım barədə sözlər işlətmişdi. Mən efirdən söz deməyə çalışdım, imkan vermədilər. “Yahşi Cazibə” serialında azərbaycanlanlıları necə pis göstərməyə çalışırdılarsa, bu yarışmada da məni elə göstərməyə çalışırlar. Elnurun “O səs Türkiyə”də qalib eləmələrinin səbəbi isə “biz azərbaycanlıların yanındayıq” demək istəmələridir. İndi bu yarışmada onun əvəzini çıxmaq istəyirlər. Mənə deyirlər Elnur bir dəfə birinci oldu, sən olmayacaqsan. Ən yaxşı geyindiyimi, amma sənin burda yerin olmadığını söyləyirlər.

“40-50 yaşlı insanlar bu təzyiqlərə dözə bilməz”

- İştirakçılarla çox qalmaqalların olur.

- Hər kəs bu yarışmada onların üstümə necə gəldiklərini görməli idilər. Dediyim bir sözü fırlatmağa çalışırlar. Orda iştirakçı Ceremə dedim ki, mən də çıxıb ana-atasız olduğumu, evimin kirayəsini ödəyə bilmədiyimi deyə bilərəm. Hamını mənə yazığı gələcək. Yazığı gəlmək sevmək demək deyil. O qız ancaq özünü yazıq göstərməyə çalışırdı. Bu sözləri ona dedim, sözü fırlatdılar. O qız efirdə ağlamağa başladı. Ağlayandan sonra mahnı qoyub içəridə oynamağa başladılar. Ancaq içi-içimi yeyən mən idim. Ordakı saç ustaları mənə deyir ki, 40-50 yaşlı insanlar bu təzyiqlərə dözə bilməz.

- Geyimlərinin seçimində kimlərdənsə dəstək alırsan?

- Anamla zövqlərimiz fərqlidir. Baxmayaraq ki, anamın əvvəl butiki olub. Mən klassik geyim tərzini sevmirəm. Mən fərqliliyi sevirəm. Küçədə hər kəs çönüb mənə baxmırsa, dünyada varlığım ilə yoxluğumun mənası yoxdur. Diqqət mərkəzində qalmağı sevirəm. Mən dünyada bir ad qoyub getmək istəyirəm. İnsan düzgün geyinə bilər. Azərbaycan xanımlarının 90 faizi qəşəng geyinir. Onlar sırasında 8 və ya 9 nəfər stil ola bilər. Stilni olmaq üçün geyimlərinə öz imzanı atmaq lazımdır.

“Anamın Bakını sallayan bir butiki olub”

- Ananızın butiki də olub?

- Bəli, anamın Bakını sallayan bir butiki olub. Həm də dayım qızı Bakıda imicmeyker Elnarə Bəkirovadır. O, bir çox məşhurları geyindirir, onların zövqlərini formalaşmasına köməklik edir. Mənə bu ilham ailədən gəlir.

“Atam dedi ki, səndən utanıram”- Türkiyəni qarışdıran Sima


“Svarovski olan libası endirimlə 16 min türk lirəsinə almışam”

- Yarışmadan 6 ay əvvəl Türkiyədə yaşamısan. Bu ölkəyə elə də bələd deyilsən. Geyim seçmək sənə çətinlik yaratmır?

- Mən artıq 8 aydır ki, Türkiyədə yaşayıram. Çox çətindir. Digər iştirakçıların şansı daha çoxdur. Mən artıq evə tikiş maşını da almışam, öz geyimlərimə nəsə qatıram. Yəni bazara belə gedirəm. Modelyer tanışlarım var. Özəl geyimlər alıram. Qala gecəsində svarovski olan libası endirimlə 16 min türk lirəsinə almışam. 30 kq-dan çox çəkisi var. Burda əsas maddiyyat deyil. İlk geyindiyim 55 TL-lik geyimə görə ulduz almışam.

- Həftəlik geyiminə nə qədər xərcləyirsən?

- Bu həftəyə görə dəyişir. Elə olur ki, həftəyə çox pulum çıxır. Yapım şirkəti iştirakçılara pul verir. Onların mənə həftəlik verdiyi pul bir geyimimə belə çatmır.

““Birincilik burnundan gəlsin” sözünü eşitmək istəmirəm”

- Hər iştirakçıya nə qədər maddi dəstək olurlar?

- Bir həftə ərzində hazırladığımız 6 dəstə görə 1200 TL pul verirlər. Bu pul bir günümə belə bəs etməz. Qala gecələrində rəqqaslar filan çağırıram. Bunların hamısı pula dayanır. Digər iştirakçılar isə öz dost və yaxınlarını çağırır. Bu yarışmada öz millətimə çox güvənirəm. Finala keçsəm inanıram məni dəstəkləyəcəklər. Bu birinciliyə layiq olmaq istəyirəm. “Birincilik burnundan gəlsin” sözünü eşitmək istəmirəm. Hamı mənə halaldır desin.

- Sosial şəbəkələrdə yazılan rəylərdən belə qənaətə gəlirəm ki, efirdə “mən türk yox, azəriyəm” işlətdiyin ifadə Türkiyə türklərinin qıcığına səbəb olub.

- Mən həmişə deyirəm azərbaycanlıyam. Türklərdə, azərilərdə, özbəklərdə türkdü. Biz Türkiyə türkü deyilik axı...Vikipediyada belə yazılıb ki, mənim millətim azərbaycanlılardır. Özbəklərə özbək türkləri demirlər. Sadəcə olaraq özbək deyirlər. Millət bir-birinə bənzəyə bilər. Çünki köklər eynidir. Azərbaycanlıların daha fərqli olduğunu düşünürəm.

“Məni başqa bir erməniyə bənzətsəydilər çıxış sərt olardı”

-Nur Yerlitaş efir zamanı sizi məşhur erməni ulduz Kim Kardaşyana bənzətdi...

- Bizdə çəkiliş canlı olmur. Bu sözü işlədən zaman mən cavab vermişdim, efirə vermədilər. Nur xanım bunu bilməyərəkdən demişdi. Onlar erməni-azəri düşmənçiliyini çox məlumatlı deyillər. Gələcək efirlərdə bu məsələni ortaya atmaq istəyirəm. Bunlar elə başa düşürlər ki, insanın insanla küsməyidir. Kim Kardaşyanı hamı erməni kimi tanıyır. O, əslən Qars türklərindəndir. Onun soyadı Qardaşoğlu gedir. Kim sadəcə ermənipərəst türkdür. Bu səbəbdən onlara elə də sərt reaksiya vermədim. Məni başqa bir erməniyə bənzətsəydilər çıxış sərt olardı, ora tüpürüb çıxardım.

“Mənim eşitdiyimə görə, bəzi qarşı cinsin nümayəndələrinin yanında qalırdı”

- Yəqin, xəbərin olub. “İşte benim stilim”də daha bir azərbaycanlı iştirakçı olmalı idi.

- O qız haqda xəbərlər yayıldı. Guya qızı çağırıblar, o gəlməyib. Bir dəfə efirə çıxmaq üçün çox əziyyət çəkmişdi. Həm maliyyə, həm də mənim eşitdiyimə görə, bəzi qarşı cinsin nümayəndələrinin yanında qalırdı. Əziyyət çəkmişdi (gülür). Bir neçə rəfiqəsi mənim şəklimi paylaşıb, qıcıq olduğunu qeyd etmişdi. Görəsən, bu qıcıq sizin rəfiqənizin bu yarışmada olmamasından irəli gəlir? Onlar məşhur olmaq arzusundadırlar.

“Bu yarışmanın reytinqi məndən sonra daha da artdı”

-Sima Şərafətdinova artıq brenddir?

- Bunu Nur Yerlitaş da dedi. 3 sezonda ən çox ulduzu parlayan iştirakçı mənəm. Xasiyyətim digərlərindən fərqlənir. 8 həftə burda olmağım 17 yaş üçün çox yaxşıdır. Bu yarışmanın reytinqi məndən sonra daha da artdı. Hətta fransız kanalı bu layihəni satın aldı. 3 sezon iştirakçıları arasında ən çox “google”da axtarılan ad mən omuşam. İzləyici sayının hamı satın ala bilər. Ancaq “google” statistikasını heç kəs satın ala bilməz. Dünyanın məşhur simaları bu statistikalara görə, sıralanır.

“Atam dedi ki, səndən utanıram”- Türkiyəni qarışdıran Sima


- Hər gün çəkilişdə olursan, bəs universitet?

- Bu il universitet qaydaları dəyişdi. Mən 4 il oxumalı idim, 5 il oxuyacam. Universitet kurslarla başlayır. Yarışmaya qatılanda universitet bitmişdi. Gələn il Sabancı Universitetində Kompüter mühəndisliyi ixtisası üzrə təhsilimi davam edəcəm.

- Bu yarışmadan sonra planın nədir?

- Uşaq vaxtlarımdan öz markamı yaratmaq xəyalında olmuşam. Hətta bu həftədən öz tasarımlarımı yaratmağa başlamışam. Atam mənə söz verdi ki, mən sənin fikirlərinə hörmət edəcəm, markanı yaratmağa kömək olacam. Bundan sonra təhsilimi davam etdirmək istəyirəm.

- Sevgilin var?

- Əlbəttə, yoxdur. Mən özümü çox yüksəkdən tuturam. Mən yüksəldikcə yüksəlirəm. Xarakter və ağılca özümdən aşağı bir insanla münasibət qursam özümə hörmətsizlik etmiş olaram.

- Elə yarışma da da sənin tez evliliyə meyilli olmağından danışırlar.

- Azərbaycan xanımları elə də gec evlənmirlər. Ərə getmək istəyirəm ( gülür). Bizim ölkədə xəstəliklər, boşanmaların sayı daha azdır. Mən oğlan olsaydım, 32 yaşlı qızla evlənməzdim(gülür).

- Mənimlə ailə həyatı qurardın? Kasıb oğlanam.

- (Gülür) . İnsanın fərasəti olanda bir saniyəlik qığılcımla sərvətlərlə qazana bilər. Ağıllı insanları sevirəm. Xarici görünüşə elə də önəm vermirəm. Doğrudur, ruhlar aləmində yaşamırıq ki, ancaq ruhu gözəl olsun deyək. Səviyyəsi olan şəxs kasıb belə olsa, cəmiyyətdə mühüm yer tutan biri olacaq.

Bir çoxları deyir estetik əməliyyat keçirmisiz.

- Mənim 17 yaşım var, belə bir şey yoxdu. Bir zamanlar məni “çakma barbi” adlandırıdılar. Guya arıqlayıb özümü barbilərə oxşadıram. Bunların hamısı yalandır. Yarışmadakı qızların hamısı belə əməliyyat keçirib.

Elvin Elxan

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *