Axtarılır - Sima Şərafətdinova – FOTO
Türkiyənin ən məşhur yarışmalarından biri olan "İşte benim stilim"in(Bu mənim stilim) azərbaycanlı iştirakçısı həftənin ən çox axtarılanı olub. ANS PRESS-in məlumatına görə, 19 yaşlı Sima Şərafətdinova Türkiyədə "Google"də ən çox axtarılan ad olub.
Yarışmadakı qalmaqalları ilə məşhur olan Sima hər kəsin marağına səbəb ola bilib.
Onun adıçəkilən müsabiqədə bir günü olsun belə qalmaqalsız keçmir desək yanılmarıq. Özünü hamıdan gözəl adlandıran Sima bəzi hərəkət və davranışları ilə rəqiblərindən əlavə müsiflər heyətini də qıcıqlandırır. Belə ki, sərt tənqidlərlə üzləşən Sima dəfələrlə efirdə göz yaşı töküb.
Bir müddət Türkiyəyə gələn azərbaycanlı gözəl qonşu ölkədə kompüter mühəndisliyi üzrə təhsil alır. O, atasının holdinq rəhbəri olduğunu və 6 dil bildiyini deyib.
15 yaşından etibarən model kimi fəaliyyətə başlayıb və "Azərbaycan gözəli" seçilib.
Mənbə:> ANSPRESS