Türkiyəli münsif azərbaycanlı qızı alçaltmaq istəsədə, bacara bilmədi – VİDEO
Türkiyədə yayımlanan dəb yarışmasınad iştirak edən azərbaycanlı qız jürinin tənqidi ilə üz-üzə qalıb.
ANS PRESS-in məlumatına görə, Türkiyənin “TV 8” telekanalının efirində yayımlanan "İşte benim stilim" adlı dəb proqramında iştirak edən azərbaycanlı iştirakçı Sima Şərəffətdinova son buraxılışda yenə müzakirə mövzusu olub.
Jüri üzvlərindən olan Kamal Doğulu çıxışı zamanı həmyerlimizə özünü çox bəyənməməsini, hamıdan gözəl olmadığını, eləcə də onu gözəl olaraq seçənlərin zövqsüz olduğunu dilə gətirib.
"Bura gözəllik yarışması olsaydı, sən ilk beşliyə girməzdin. Bir gözəllik yarışmasında birinci olmusan. Məncə, həmin müsabiqənin münsifləri çox zövqsüz imiş", - deyə K.Doğulu bildirib.
Qeyd edək ki, 17 yaşlı Sima Şərəfəttinova "Best Model of Azerbaijan"ın 2014-cü il birincisi olub.
Mənbə:> ANSPRESS