"İşte Benim Stilim"in azərbaycanlı gözəli – VİDEO
Azərbaycanlı gənc Türkiyənin ən məşhur tərz yarışlarından birinə qatılıb. ANS PRESS-in məlumatına görə, 17 yaşlı Sima Şərafətinova Acun Ilıcalıya məxsus T8 kanalında yayımlanan "İşte Benim Stilim"in üçüncü mövsümündə iştirak hüququ qazanıb.
Ötən gün yeni mövsümün ilk günü efirə çıxan azərbaycanlı gözəl "Best Model" yarışının iştirakçısı və qalibi olub.
Hazırda Türkiyədə yaşayır. Kompüter mühəndisliyi üzrə təhsil alır. Bər-bəzəkli geyinməyi sevdiyini deyən Sima türk dilində sərbəst danışır. O, 6 dil bildiyini də deyib.
Xatırladaq ki, yarışmada 13 qız seçilir və tərzləri ilə yarışırlar. Qızlar 3 tanınmış simadan ibarət müsiflər heyətinin qarşısına çıxaraq qiymət almağa çalışırlar. Hər həftə bir iştirakçı şounu tərk edir. Qalibə 100 min lira mükafat verilir.
Video görüntülərdə göy güyimdə olan S.Şərafətinova iştirakçı barədə rəy bildirir.
Mənbə:> ANSPRESS