Ən yaraşıqlı azərbaycanlı podiumda – FOTO
Azərbaycanlı model Rüstəm Cəbrayılov "Mersedes Benz Fahion Week İstanbul"da çıxış edib.
ANS PRESS-in məlumatına görə, dünya moda sektorunun ən məhşur modelyerləri və modaçılarının yer aldığı defilədə Rustəm Cəbrayılov Rüfət İsmayılovun "Afffair" brendinin 2015-2016 payiz qış kolleksiyasını nümayiş etdirib.
Podiumda Rüstəmlə bərabər məşur türk bokscusu Atakan Arslan, dünya şöhrətli model Simon Adde, Best Model of the World-ün qalibi İşa Blaaker və sairə çıxış ediblər.
Qeyd edək ki, hazırda ABŞ-da yaşayıb fəaliyyət göstərən həmyerlimiz daha önclə Milan, Nyu York, Paris və s şəhərlərdə prestihli moda həftələrində iştirak edib.
Mənbə:> ANSPRESS