Türklər 22 yaşlı azərbaycanlı modelə "hə" dedi
Türkiyənin "TV8" tele-kanalından yayımlanan "İşte Benim Stilim" yarışmasına azərbaycanlı model də qatılıb.
ANS PRESS-in məlumatına görə, münsiflər Nur Yerlitaş, İvana Sərt və Kemal Doğulu 22 yaşlı Ayla Məmmədovanın yarışmaya qatılmasına "hə" deyib.
Nur Yerlitaş Ayla Məmmədovanın çantasını bəyənmədiyini desə də paltarının rənginə uyğun olduğunu bildirib. Kemal Doğulu azərbaycanlı modelin müsbət bir enerjisi olduğunu söyləyib.
Aparıcı Acunun suallarını cavablandıran Ayla Məmmədova Bakıdan gəldiyini və 2 ildir Türkiyədə olduğunu, hazırda İstanbulda yaşadığını deyib. Modellik təcrübəsi olan Ayla Məmmədova hələlik hər hansı bir işdə işləmədiyini deyib.
Ayla Məmmədovanın fiziki göstəricilər belədir:
Yaş: 22
Göz rəngi: Qəhvəyi
Ten rəngi: Ağ
Boyu: 175
Çəki: 53
Xarici Dil: Rus
Təhsil: lisey məzunu
Mənbə:> ANSPRESS