Erməninin idarə etdiyi şirkət Azərbaycana gəlir
Rusiyanın Yandex Taxi (Yandeks Taksi)-nin Azərbaycanda fəaliyyəti başlayacağı barədə xəbər yayılıb.
AzNews.info xəbər verir ki, mətbuatda Yandex Taxinin Azərbaycanda fəaliyyəti başlaması barədə xəbərlər dərc olunub. Eyni zamanda, sosial şəbəkədə Yandex Taxi-nin Azərbaycan səhifəsi peyda olub ki, burada da şirkətin tezliklə Bakıda fəaliyyətə başlayacağı barədə anonslar verilir.
Qeyd edək ki, şirkətin direktoru əslən erməni olan Tiqran Xudaverdiyandır. Şirkət Rusiyanın bir çox şəhərlərində taksi xidməti təklif edir. Eyni zamanda 2016-cı ilin iyun ayından şirkət Ermənistanda da taksi xidməti göstərməkdədir. Bu şirkətin Rusiyadan kənarda göstərdiyi ilk və hələ ki, yeganə taksi xidmətidir.
Mənbə:> AzNews.info