TQDK ‘facebook’da quruma qarşı təxribat edənlərin adlarını açıqladı - SİYAHI
AZXEBER.COM xəbər verir ki, bu barədə komissiyanın rəsmi facebook səhifəsində məlumat verilib.
Bildirilir ki, həmin səhifə və qruplarda imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir: "Nəzərinizə çatdırıq ki, TQDK-nın bundan başqa heç bir rəsmi facebook səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebook səhifələrindən istifadə etməyəsiniz”.
Həmin saxta səhifələrin bir çoxunun adlarını sizə təqdim edirik:
1. TQDK sualları
2. TQDK tipli suallar
3. TQDK və magistratura
4. Araz, Zirvə, Hədəf və TQDK sualları
5.Test tapşırıqları-TQDK
6.Təhsil TQDK
7. TQDK və abituriyent
8. TQDK kitabları
9. TQDK tarix
10.Məntiq və TQDK
11. TQDK Azərbaycan
12. TQDK 2014 və 2015
13. TQDK-Bilik qiymətləndirilir.
Mənbə:> AZXEBER.COM