Ukrayna Təhlükəsizlik Xidməti Krımda iki rusiyalı hərbçini saxlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Ukrayna Təhlükəsizlik Xidməti Krımda iki rusiyalı hərbçini saxlayıb

Ukrayna Təhlükəsizlik Xidməti Krımda iki rusiyalı hərbçini saxlayıb

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları iki rusiyalı əsgəri saxlayaraq ölkədən çıxarıblar.

AzNews.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə nazirliyinin yaydığı açıqlamada bildirilir.

“Noyabrın 20-də Krımda Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən iki rusiyalı hərbi qulluqçu - gizir Maksim Odintsov və çavuş Aleksandr Baranov qeyri-qanuni olaraq saxlanılıb və Ukraynanın Nikolayevsk vilayətinə aparılıblar”, məlumatda deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, xüsusi xidmət orqanları hərbçilərə qarşı uydurma cinayət işi açmaq niyyətindədirlər.

“112 Ukrayna” telekanalının xəbərinə görə, Ukrayna Təhlükəsizlik Xidməti saxlanılan hərbçilərin Krımın ilhaqından sonra Ukrayna ordusundan fərarilik edərək Rusiya tərəfinə keçdiklərini bildirib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *