Ohanyan KTMT-nın baş katibi olmayacağını bildirib
Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olmayacağını bəyan edib.
Oxu.Az bu barədə NEWS.am-a istinadən xəbər verir.
O, hökumətdə baş verən dəyişikliklərə dair suala cavab verərkən bildirib:
“Hökumətdə baş verən dəyişikliklər hamı kimi, mənə də təsir edə bilər. O ki qaldı mənim KTMT-nın baş katibi təyin olunacağıma, belə təklif olmayıb. Bu gün mən müdafiə nazirinin səlahiyyətlərini icra edirəm və hansısa beynəlxalq strukturda çalışmaq niyyətim yoxdur”.
S.Ohanyan belə bir təklif olarsa, birmənalı şəkildə imtina edəcəyini də vurğulayıb. Amma niyə belə edəcəyinin səbəbini açıqlamayıb.
Onun 2017-18-ci illərdə (parlament seçkilərindən sonra və prezident seçkilərinə qədər –red.) hökumətin tərkibində işləyəcəyinə dair sualın cavabında Ohanyan: “Bunu hökuməti formalaşdırandan soruşun” deyib.
Mənbə:> Oxu.Az