KTMT-nin böhrana reaksiya mərkəzi yaradılır
Rusiyanın Müdafiə Nazirliyinin nəzdində Kollektiv Təhlükəsizlik və Müqavilə Təşkilatının (KTMT) böhrana reaksiya mərkəzi yaradılır.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Rusiya Müdafiə Nazirliyinin nəzdində Kollektiv Təhlükəsizlik və Müqavilə Təşkilatının (KTMT) böhrana reaksiya mərkəzi yaradılması istiqamətində iş gedir”, - Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Onun sözlərinə görə, Kollektiv Təhlükəsizlik və Müqavilə Təşkilatının kollektiv təhlükəsizlik şurasının 2014-cü il dekabr sessiyasının “Kollektiv Təhlükəsizlik və Müqavilə Təşkilatının kollektiv aviasiya qüvvələri” barədə qərarı praktik müstəviyə çıxarılıb.
Mənbə həmçinin təşkilatın 2025-ci ilə kimi olan kollektiv təhlükəsizlik strategiyasının razılaşdırılması istiqamətində işlərin aktivləşdiyini bildirib. Bu çərçivədə ekspertlərin bir neçə görüş və məsləhətləşmələrinin keçirilməsi gözlənilir.
Mənbə:> Oxu.Az