Sarqsyan Qarabağda müharibə təhlükəsindən danışdı » AzNews.info -Xəbər portalı

Sarqsyan Qarabağda müharibə təhlükəsindən danışdı

Sarqsyan Qarabağda müharibə təhlükəsindən danışdı


Ermənistan və Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi regionda sabitliyin pozulmasına aparır, erməni prezident Serj Sarqsyan çərşənbə axşamı bildirib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının Tacikistanın paytaxtında keçirilən iclasında çıxış edən Sarqsyan KTMT dövlət başçılarının dar tərkibdə əsas məsələləri müzakirə etdiklərini və bu müzakirələrin “ənənəvi olaraq, açıq-etibarlı xarakter daşıdığını” vurğulayıb.

“Mən KTMT-yə üzv dövlətlərin başçılarını Cənubi Qafqaz regionunda vəziyyətlə, Ermənistan-Azərbaycan sərhədi və Azərbaycan-Qarabağ təmas xəttində gərginliyin xeyli artması təhlükəsi ilə bağlı məlumatlandırdım.

Mən bu məsələnin üzərində təkrarən dayanmaq istəmirəm, yalnız onu qeyd edəcəm ki, beynəlxalq ictimaiyyətin adekvat reaksiyasının olmaması fonunda Azərbaycan tərəfinin vəziyyəti gərginləşdirmək cəhdləri bütün regionda vəziyyətin sabitliyinin pozulması ilə nəticələnə bilər”, - deyə, Sarqsyan bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *