Qarabağ sentyabra qaytarıla bilər » AzNews.info -Xəbər portalı

Qarabağ sentyabra qaytarıla bilər

Qarabağ sentyabra qaytarıla bilər


İlham Əliyevlə Serj Sarkisyan arasında sentyabrda nəzərdə tutulan görüşə qədər Ermənistan işğal edilmiş Qarabağ ərazilərinin bir hissəsini Azərbaycana qaytara bilər.

ANS PRESS-in məlumatına görə, bu fikri erməni şəhçi Naira Hayrumyan bu gün görüşlə bağlı dərc edilmiş məqaləsində bildirib.

“İrəvan Moskvadan müəyyən zəmanətlər aldıqdan sonra bu addımı ata bilər. Rusiya Ermənistan və Azərbaycanla öz şərtləri əsasında müqavilə bağlamaq istəyir. Moskva Qarabağın bir hissəsini Azərbaycana qaytarmaqla Ermənistanla Rusiya arasında kommunikasiyaların açılmasına nail ola bilər. Ermənistan bununla Avrasiya məkanının bir hissəsinə çevrilə bilər. Rusiya isə “zəmanət” kimi zonaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarını regiona yerləşdirə bilər”,- deyə Naira Hayrumyan vurğulayıb.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin erməni prezident Serj Sarkisyanla görüşünə toxunan Naira Hayrumyan bununla da Qərbin regiona təsirinin sıfıra enəcəyini bildirib: “Ermənistan həmişə Qərbin Rusiya zəmanətlərinə inamı ilə nümunə göstərib. Qərb tam əmindir ki, Ermənistan əraziləri verməyə razılaşacaq və Qərbin zəmanətlərini qəbul edəcək. Əgər qəbul edəcəksə, Qərbin Ermənistan və Azərbaycana deyəcəyi sözü qalmayacaq. Ermənistan tamamilə Putinin sovet qucağına qayıdacaq”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *