Bordyuja: “Lazım gələrsə, 3 günə ordunu yeridərik”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ordusu lazım olduğu təqdirdə operativ şəkildə Tacik-Əfqan sərhədinə yeridilməsinə hazırdır.
ANS PRESS-in məlumatına görə, bu barədə KTMT baş katibi Nikolay Bordyuja bəyanat verib.
“Tacikistan-Əfqanıstan sərhədində münaqişənin baş verdiyi təqdirdə KTMT 3 gün ərzində bu rayona ordunu yeritmək qürdrətində olacaq”- deyə Bordyuja bildirib.
Bordyujanın sözlərinə görə, “Rusiya Tacikistanda 2-ci cəbhə açmaq fikrində deyil, lakin KTMT üzvünün təhlükəsizliyini şübhə altına atmağa imkan vermək olmaz”.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Rusiyanın NATO və Qərb qarşısında bir güc formalaşdırmaq cəhdidir. Bu təşkilata Kremlin təsiri altında olan Ermənistan, Belorusiya, Qazaxstan, Qırğızıstan və Tacikistan daxildir.
Mənbə:> ANSPRESS