Helikopter və "one minute" » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Video

Helikopter və "one minute" – VİDEO

Helikopter və "one minute"


Birləşmiş Ştatların təmas xəttində baş verən hadisəyə reaksiyasında diqqəti cəlb edən digər bir məqam isə dövlət departamentinin sözçüsünün ölənlərin ailəsinə başsağlığı verməsi olub. Azərbaycanın 20 ildən çoxdur ki, üzləşdiyi faciələrdən sonra, Vaşinqtonun ürəyinin indi niyə yumşalması sual doğurur.

Ermənistan tərəfi konkret hədəyə keçib. ANS TV-nin məlumatına görə, bu gün ermənilərin daha bir politoloqu Ara Papyan "Azərbaycana adekvat və hətta daha kəskin cavab vermək lazımdır" deyib və ölkə rəhbərliyini yaxın 1-2 həftə ərzində ən ciddi əməliyyatlara çağırıb. Onun fikrincə, Ermənistan ordusu Azərbaycanın atəş açılan mövqelərini, hərbi hissələrini məhv etməli, su anbarını partlatmalıdır. Qalan hər şey sadəcə boş sözlərdir.

"Bizimkilər deyir ki, cəzalandıracağıq. Biz hər dəfə eşidirik ki, bizim bir əsgərə görə, düşmənin 10 əsgəri öldürüləcək. Bəs, hanı?", deyə erməni politoloq əsəbi şəkildə sual verib.

Papyan erməni hərbi helikopterinin vurulmasının Ermənistan əsgərlərində ruh düşkünlüyü yaratdığını, Azərbaycan əsgərinin isə bundan ruhlandığını bildirib. Bəli, bu gün Ermənistanda hər kəs təlim keçən erməni helikopterinin vurulmasından danışır. Və Azərbaycanı lənətliyir. Amma onlardan soruşan yoxdur ki, niyə bu təlim uçuşu Ermənistanın paytaxt səmasında və yaxud başqa bir şəhəri üzərində həyata keçirilməyib? Yoxsa, onlar Ağdamın Çəmənli kəndini öz mal-qaralarının otlaq yeri zənn ediblər? Görünür, təkcə ermənilər yox, onları çılğınlıqla müdafiə edənlər də belə düşünür. O cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja da, ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki də, başqaları da. Amma nə erməni helikopterinin vurulmasından hiddətlənən Bordyujaya, nə də ölənlərin ailəsinə başsağlığı verən Psakiyə “one minute” deyən yoxdur. Bircə dəqiqə, xanımlar və cənablar. Siz deyəsən, atəşkəs dövründə snayperdən vurulan 8 yaşlı uşağı unutmusuz? Ermənilərin çayla axıtdığı oyuncaq-bombanın qurbanı olan bu uşağı da. Yoxsa, Xocalıda öldürülən bu körpələri, bu qocaları da yaddan çıxartmısız? Çıxartmısızsa, yaddaşına yazıq. Çıxarmamısızsa, ikili standartlarınıza .....


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *