Klintonun gizli yazışmaları yayıldı
ABŞ Dövlət Departamenti prezidentliyə namizəd Hillari Klintonun qanunsuz elektron məktublarının bir hissəsini ictimaiyyətə təqdim edib.
Axar.az xəbər verir ki, 500-dən çox elekton məktubdan 81-i xüsusi dövlət əhəmiyyətli olduğundan yayımlanmayıb.
Yazışmalarda hazırda Dövlət Departamentinin Demokratiya və İnsan Hüquqları Bürosundan çalışan Tim Malinovskinin 2012-ci ildə Obama administrasiyasına Suriyanın şimalında “Uçuşa bağlı bölgə” yaratmağı təklif etdiyi əks olunub.
Yazışmalarda Klintondan sonra Con Kerrinin də yanında çalışan Entoni Blinken, ABŞ-ın Suriyadakı sabiq səfiri Robert Ford və ABŞ Milli Təhlükəsizlik müşaviri Susan Rays da daxil olmaqla bir çox rəsmilər Suriya böhranı barədə fikirlərini bölüşüb.
Xatırladaq ki, Dövlət depratamneti indiyə qədər 45,830 elektron məktubu ictimaiyyətlə bölüşüb. Lakin federal məhkəmə ümumilikdə 55,000 səhifənin paylaşılması barədə qərar qəbul edib.
Mənbə:> Axar.az