Obama Kerriyə müavin tapdı
Prezident Barak Obama ABŞ dövlət katibinin birinci müavin vəzifəsinə Entoni Blinkenin namizədliyini irəli sürüb. E.Blinken son 20 ildə ABŞ-da iki hökumətin hakimiyyəti dövründə ölkənin xarici siyasətinin planlaşdırılması ilə əlaqədar yüksək vəzifələr tutub.
ABŞ Senatı onun namizədliyini təsdiqləyərsə, o, bu vəzifədən getmiş Uilyam Bernsi əvəz edəcək. E.Blinken 2013-cü ildən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini işləyib. Onun vəzifəsi ölkə hökumətində ABŞ-ın xarici siyasətinin formalaşdırıldığı idarələrarası komitəyə sədrlik etməkdən ibarətdir. Obama hökuməti hakimiyyətinin birinci müddətində o, milli təhlükəsizlik məsələləri üzrə prezident köməkçisinin müavini və ABŞ-ın vitse-prezidentinin müşaviri olub.
1994-cü ildən 2001-ci ilədək Bill Klinton Administrasiyası yanında ABŞ-ın Milli Təhlükəsizlik Şurasının üzvü olan E.Blinken 2002-2008-ci illərdə isə ABŞ senatının Xarici İşlər üzrə Komitəsi əməkdaşlarının aparatına rəhbərlik edib.
Mənbə:> AzərTAc