Klintondan “geylərə” dəstək
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentliyinə namizədliyini elan edən Hillari Klinton homoseksuallara dəstəyini bəyan edib.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Birləşmiş Ştatları Ali Məhkəməsini homoseksualların evliliyinə icazə vermə çağırıb. Bu barədə “Huffington Post” xəbər yayıb.
“Hillari Klinton bərabərhüquqlu nikahı dəstəkləyir və ümid edir ki, Ali Məhkəmə homoseksual fərdlərin tərəfini tutacaq, onlara hüquqi zəmanət verəcək”, - deyə ABŞ-ın keçmiş “first lady”sinin nümayəndəsi bildirib.
ABŞ Ali məhkəməsi homoseksualların nikahı barədə qərarı bu ilin iyun ayında qəbul edəcək.
Xatırladaq ki, bir müddət əvvəl gey cütlük seçkiqabağı Hillari Klintonu öz toyuna dəvət etmişdi.
Mənbə:> ANSPRESS