Tramp: “Klinton yüzminlərlə insanın qatilidir”
Hillari Klintonun prezident olmaq dözümlülüyü yoxdur.
Axar.az xəbər verir ki, bunu NBC telekanalına müsahibəsində Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp söyləyib. Onun sözlərinə görə, Amerika xalqı ABŞ rəhbərliyinə yenidən zəif prezidentin gəlməsinə izn verməməlidir:
“O öz vəzifəsini yerinə yetirə bilmədi. Məhz onun ucbatından yüzminlərlə insanın həyatına son qoyuldu. Klintonun siyasi kursu bütün dünyaya bədbəxtlik gətirdi. Liviya böhranı, Suriyadan qaçqın axını və Avropada hazırkı miqrasiya böhranı onun günahıdır”.
Qeyd edək ki, Hillari Klinton 2009-2013-cü illərdə ABŞ-ın Dövlət katibi olub.
Mənbə:> Axar.az