“Axmaq ərəb şahzadəsi…”
"Donald Tramp ABŞ üçün utanc yeridir".
Bunu Səudiyyə Ərəbistanı şahzadəsi, milyarder əl-Valid bin Təlal öz Twitter səhifəsində paylaşıb. Onun sözlərinə görə, Tramp prezidentlik uğrunda yarışdan əl çəkməlidir.
Şahzadənin bu açıqlamasına Tramp tezliklə öz Twitter səhifəsi vasitəsilə cavab verib: "Axmaq şahzadə əl-Valid amerikalı siyasətçiləri özünün pulları ilə idarə etmək istəyir. Mən seçiləndə bunu edə bilməyəcək".
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bundan öncə müsəlmanların ABŞ-a səfərinin qadağan edilməsini təklif edib
Mənbə:> Milli.Az