Hicab geyinən vətənpərvər amerikalı qadın müsəlmanların hüquqlarını qorudu – VİDEO
Amerikanın məşhur Fox News telekanalında efirə gedən xəbərlər verilişində maraqlı və gözlənilməz hadisə yaşanıb.
İnterAz kanalın saytına istinadən xəbər verir ki, xəbər aparıcısı Meqan Kelli verilişdə Amerikada yaşayan müsəlmanlardan bəhs edərkən canlı yayıma Amerika müsəlmanları koalisiyasının yaradıcısı Saba Ahmedi çıxardır. Xanım efirə Amerika bayrağı formasında hicabda çıxıb. Saba Ahmed Amerikada yaşayan müsəlmanların konstitusyon hüquqlarını qorumaq üçün belə bir addımı atdığını deyib.
"Efirə bir neçə dəqiqə qalmış qərara gəldim ki belə edim. Mən əsasən bənövşəyi rəngdə hicablar taxıram. Amma tanışlarım dedi ki, əgər sən belə bir çıxış etmək istəyirsənsə Amerika bayrağında olan hicabı geyin"- deyə Saba müsahibəsində deyib.
Veriliş ərzində onlar Amerika prezidnetliyinə namizəd Donald Tramp-ın "Terrorun qarşını almaq üçün Amerikada məscidlər bağlanmalıdır" fikri ətrafında müzakirələr aparıblar.
Saba Ahmedin əsas çatdırmaq istədiyi fikri isə belə olub: " Biz amerikanlıyıq, biz müsəlmanıq, biz respublikaçılarıq. Biz burada yerləşməli və qəbul edilməliyik"
Mənbə:> InterAz - Aysel Zahidqızı