Həmid Hersçidən şok faktlar
Azərbaycanın əfsanəvi hökmdarı Şah Abbas Səfəvi fəth etdiyi ölkələrin əvvəlcə səmasını ələ keçirirmiş.
ANS PRESS-in məlumatına görə, bu barədə bazar günü saat 16:20-də efirə gedəcək “Şəxsiyyət vəsiqəsi” verilişində vurğulanıb. Verlişin aparıcısı Həmid Hersçinin dediyinə görə, münəccimlərə çox inanan Şah Abbas hücum etmək istədiyi ərazilərin astroloji xəritəsini öyrənirmiş və döyüşlər üçün ən əlverişli vaxtı müəyyən edirmiş.
Verilişdə həm də xatırladılıb ki, Şah Abbas Azərbaycanın ən yüksək nöqtəsində bərqərar olmuş Xınalıq kəndinə səfər etmiş ilk dövlət başçısıdır. Xınalığa ikinci gedən dövlət başçısı isə Azərbaycan prezidenti İlham Əliyev olub.
Daha ətraflı bazar günü saat 16:20-də efirə gedəcək “Şəxsiyyət vəsiqəsi” verilişində.
Mənbə:> ANSPRESS