Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Foto

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik – FOTO

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik


Azərbaycan vətəndaşlarına verilən yeni şəxsiyyət vəsiqələri ilə xaricə səfər etmək mümkün olacaq.

ANS PRESS-in Trend-ə istinadən verdiyi məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Hesablama Mərkəzinin ( İHM) sertifikasiya mərkəzinin rəhbəri Arif Mailov bildirib.

Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqəsi İCAO standardlarına cavab verir, amma sərhədləri keçərkən yeni sənəddən istifadə ölkələr arasındakı razılaşma əsasında mümkündür.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik


Nazirliyin baş mütəxəssisi Nadir Rəsulov da öz növbəsində qeyd edib ki, hazırda layihə çərçivəsində şəxsiyyəti təsdiq edən çiplərin proqram təminatı üzrə sınaqlar başa çatıb.

“Hazırda ilk vəzifə layihədə istifadə olunan alqoritmin tanınmasıdır. Alqoritmlərin müəyyən olunması nüfuzlu dünya şirkətlərinin sertifikasiya sistemləri əsasında aparılacaq. Layihədə İsveçrənin “Trub” şirkəti ilə əməkdaşlıq edirik”, - deyə N.Rəsulov bildirib.

Vətəndaşlara elektron sertifikatları İHM təqdim edəcək. Mərkəz həmçinin elektron imzanın şəxsiyyət vəsiqəsi çiplərinə inteqrasiyası ilə məşğul olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *