Hillari Klintonun məxfi yazışmaları dərc olunacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Hillari Klintonun məxfi yazışmaları dərc olunacaq

Hillari Klintonun məxfi yazışmaları dərc olunacaq


Qərb mətbuatının verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mari Xarf bildirib.

Onun sözlərinə görə, ilk olaraq 2012-ci ildə ABŞ-ın Liviyadakı səfərinin həlak olduğu Benqazidəki terrorla bağlı 296 məktub açıqlanacaq.

Qeyd edək ki, 2016-cı il prezident seçkilərində ən potensial namizədlərdən olan Hillari Klinton dövlət katibi kimi yazışmaları şəxsi server vasitəsilə həyata keçirməkdə ittiham olunmuşdu.

Qanuna görə, dövlət qulluqçusunun yazışmaları məxfi məlumatlar istisna olmaqla ictimailəşə bilər.

Bir sıra iddiaçılar məhkəməyə müraciət edərək həmin yazışmalara girişin təmin olunmasını tələb eləmişdilər. Dövlət Departamenti bəyan eləmişdi ki, buna yarım ildən çox vaxt lazım ola bilər.

Vaşinqtondakı federal məhkəmə isə fevral ayında Departamentlə razılaşmayaraq, məktubları bacardıqca tez dərc eləmək haqda qərar çıxarmışdı (musavat.com).

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *