Prezidentliyə namizəd “Bəşər Əsədi Suriyanı işğal etməkdə” günahlandırdı
ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd Martin О'Melli bəyan edib ki, “Bəşər Əsədin Suriyanı işğal etməsi” ABŞ siyasətinin ən kobud səhvlərindən biri hesab ediləcək.
Oxu.Az-ın məlumatına görə, belə bir bəyanat CNN-nin efirində Hilari Klinton ilə müzakirələr zamanı səslənib.
О'Melli Suriya böhranının həllində hərbi alətlərdən istifadəyə qarşı olduğunu bildirərək Klintonun Rusiyaya təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdırdığı Suriya səmasında uçuşların qadağan edilməsi barədə fikirləri tənqid edib.
“Suriya hava məkanında Rusiya HHQ-nin olmasını nəzərə alaraq, bu qərar tərəflər arasında vəziyyətin gərginləşəcəyinə səbəb ola bilər. Mən prezident Obamanı dəstəkləyirəm. Biz addımlarımızı qabaqcadan planlaşdırmalıyıq”, - О'Melli deyib.
Prezidentliyə namizəd həmçinin qeyd edib ki, “Bəşər Əsədin Suriyanı işğal etməsi” ABŞ siyasətinin ən kobud səhvlərindən biri hesab ediləcək.
Mənbə:> Oxu.Az