Obama Putindən daha təhlükəlidir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Obama Putindən daha təhlükəlidir

Obama Putindən daha təhlükəlidir


"Reuters/Ipsos" agentliyi mart ayında onlayn sorğu keçirib və 3 minə yaxın amerikalı ABŞ-a təhlükə yaradan ölkələri, təşkilatları və fərdləri qiymətləndirmə balı üzrə sıralayıb.

ANS PRESS-in məlumatına görə, Respublikaçılar Partiyasının üzvləri Prezident Barak Obamanın Birləşmiş Ştatlara Rusiya prezidenti Vladimir Putindən və Suriya prezidenti Bəşər Əsəddən daha çox təhlükə yaratdığını bildiriblər.

Sorğunun nəticələrinə görə, respublikaçıların 34%-i indiki dövlət başçısı Barak Obamanı, 25%-i Rusiya prezidenti Vladimir Putini, 23%-i isə Suriya prezidenti Bəşər Əsədi birbaşa təhlükə kimi görüb.

Sorğuya 1083 demokrat və 1059 respublikaçı qatılıb. Respublikaçıların 27%-i Demokrat Partiyasını, Demokratların 22%-i isə Respublikaçıları ölkəyə birbaşa təhlükə hesab edib.

Sosioloq Barry Qlassner "Reuters"ə bildirib ki, Amerika siyasətindəki qütbləşməni nəzərə alsaq, nəticələr təəccüblü deyil: "Vəzifədə olan şəxsi qaralayırlar. 2016-cı il prezident kampaniyasında Respublikaçılar və Demokratlar bir-birinə qarşı qorxu, həyacan yaratmaq hisslərindən istifadə edəcəklər. Televiziyalar, siyasətçilər də bu qorxu ilə çox bazarlıq edirlər."

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *