ABŞ və Rusiya təyyarələri Suriya səmasında üz-üzə gəldi
ABŞ və Rusiya HHQ-nin təyyarələri Suriya səmasında üz-üzə gəlib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, koalisiyanın rəsmi nümayəndəsi polkovnik Stiv Uorrenin sözlərinə görə, Amerika və Rusiya təyyarələri Suriya səmasında oktyabrın 10u, şənbə günü üz-üzə gəliblər.
Həmin gün ABŞ və Rusiya arasında Suriya səmasında uçuşların təhlükəsizliyinin təmin edilməsi barədə danışıqlar gedirdi.
Polkovnik Uorren amerikalı və rusiyalı pilotların hərəkətlərini peşakar kimi qiymətləndirilib.
Mənbə:> Oxu.Az