Suriya XİN Rusiya aviazərbələrini effektiv adlandırdı
Suriyanın XİN rəhbəri Valid Muallem bəyan edib ki, Rusiya hərbçilərinin yaraqlıların mövqelərinə vurduqları aviazərbələr effektivdir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS bildirib.
Muallem vurğulayıb ki, Rusiya aviasiyasının Suriyadakı fəaliyyəti rəsmi Dəməşq ilə razılaşdırılıb.
Daha öncə müəyyən edilib ki, Rusiya aviasiyası “İŞİD” yaraqlılarının Suriyada yerləşən komandanlıq düşərgəsinə aviazərbə endirib.
Mənbə:> Oxu.Az