Qəbələ özünün və Azərbaycan futbolunun tarixinə bir ilk yazdı! » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Futbol, Video

Qəbələ özünün və Azərbaycan futbolunun tarixinə bir ilk yazdı! – VİDEO

Qəbələ özünün və Azərbaycan futbolunun tarixinə bir ilk yazdı!


Bugün Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazılan bir hadisə yaşanır.

AzNews.info xəbər verir ki, Qarabağın möhtəşəm qələbəsindən sonra Yunanıstan paytaxtında Panatinaykosla üz-üzə gələn Qəbələ səfərdə 2-2 hesablı heç heçə edərək AvroLiqanın qrup mərhələsinə yüksəldi.

Qeyd edək ki, Bakıda keçirilən oyun qolsuz bərabərliklə yekunlaşmışdı. Afinada istənilən məhsuldar heç-heçə və qələbə komandamıza sərf edirdi.
Hesabı ilk açan da, məhz Azərbaycan təmsilçiləri oldu. 6. dəqiqədə Dodonun vurduğu qol meydan sahiblərinə ağır zərbə oldu. Bundan sonra 34. dəqiqədə yunan klubunun İsveçli futbolçusu Markus Berq hesabı bərabərləşdirməyə nail oldu.



İkinci hissənin də ilk dəqiqələrində Qəbələnin aktivliyi 60. dəqiqədə öz bəhrəsini verdi. Yenə Dodo gözəl qol vuraraq fərqlənməyi bacardı.

77. dəqiqədə qapımız qarşısında təyin olunmuş cərimə zərbəsindən Nano uğurla yararlanaraq komandasının bərabərlik qolunu vurdu. Lakin Yunanıstan təmsilçilərinin bundan artığına gücü çatmadı və klubumuz oyunda sevinən tərəf oldu.

Qəbələ özünün və Azərbaycan futbolunun tarixinə bir ilk yazdı!


Beləliklə, Azərbaycan futbolu tarixində ilk dəfə AvroLiqanın qrup mərhələsində 2 klubla təmsil olunacayıq!

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *