Qəbələdən qələbə, İnterə sərf etməyən bərabərlik
Bu gün 2 klubumuz, İnter və Qəbələ öz doğma meydanlarında AvroLiqanın cavab oyunlarını keçirdilər.
AzNews.info xəbər verir ki, səfərdən - Kiprin Appolon klubu ilə qarşılaşmadan 1-1 hesabı ilə geri dönən Qəbələ bu gün də azarkeşlərini sevindirməyə nail oldu. Belə ki, 80. dəqiqədə rəqib oyunçunun cərimə meydançasında əl ilə oynamasına görə Appolonun qapısına 11 metrlik cərimə zərbəsi təyin olundu. Bu dəfə də cərimə zərbəsini yerinə yetirən Cavid Hüseynov qol vurmağı bacardı. Bundan sonra, Appolon təzyiqləri artırdı. Son dəqiqələr gərgin anlarla yadda qaldı. 90. dəqiqədə Urfan Abbasov qırmızı vərəqə ilə cəzalandırıldı. Lakin oyunun vaxtına artırılmış 4 dəqiqədə Appolon qapımıza yol tapa bilmədi. Nəticədə Qəbələ Avropa Liqasının Pley-Off mərhələsinə adladı.
Qeyd edək ki, Kiprdə yaşanmış olaylara görə bu oyun həm də prinsipial xarakter daşıyırdı. Bununla əlaqədar olaraq, hər hansı bir qarşıdurma yaranmaması üçün müşahidəçi qismində UEFA Bakıya adəti üzrə 1 yox 2 müşahidəçi göndərmişdi.
Digər klubumuz İnter isə İspaniyanın Atletiko Bilbao klubunu qonaq etdi. Maliyyə çətinliklərinə görə İnterin bu oyunu buraxacağı deyilsə də, bu belə olmadı. Səfərdə 2-0 hesabı ilə məğlub olan Bakının İnter klubu oyunun ilk dəqiqələrində rəqib qapısına yol tapsa da bu hakim tərəfindən hesaba alınmadı. Oyunda heç bir komanda hesabı açmağa nail olmadı. Beləliklə iki oyunun nəticəsinə görə İnter AvroLiqada çıxışlarını dayandırmalı oldu. Atletiko isə Pley-off mərhələsinə adladı.
Mənbə:> AzNews.info