Qəbələ səfərdən üzüağ dönür: 1-1
“Qəbələ” də UEFA Avropa Liqası III turun ilk oyununa çıxıb.
AzNews.info xəbər verir ki, həmyerlilərimiz Kipr klubu “Apollon”la qarşılaşır.
Oyunun 14-cü dəqiqəsində rəqib komandanın futbolçusu Kolokoudias hesabı açır.
Bundan sonra oyuna nəzarət Qəbələnin əlinə keçir. Antonov və Zenyov bir neçə dəfə ideal imkan əldə etsə də sonda qapıya vurulan zərbələrdə dəqiqlik çatmadı.
İkinci hissə də Qəbələnin üstünlüyü ilə keçdi. Oyunun 90+1-ci dəqiqəsində Fredin cərimə meydançasında Stankoviçə qarşı qaydanı pozması hakimin diqqətindən yayınmır və Qəbələnin leyhinə penalti zərbəsi təyin olunur.
Lakin azarkeşlərin qarmaqarışıqlıq yaratması və Apollon oyunçularının penalti ilə razılaşmaması hakimi fikrindən döndərmir.
11 metrlik cərimə zərbəsini Cavid Hüseynov uğurla yerinə yetirir və hesabı bərabərləşdirir. Bundan sonra stadionda gərgin anlar yaşanır və bütün oyunçular geyinib-soyunma otağına yollanır.
Hamı oyunun bitdiyini düşünsə də oyunçular yenidən meydana çıxaraq daha 3 dəqiqə də oynayır.
Lakin Kipr təmsilçilərinin cəhdlərinə baxmayaraq hesab dəyişmir və Azərbaycan təmsilçisi səfərdən sərfəli hesabla geri dönür.
Mənbə:> AzNews.info