Seltik-Qarabağı minimal hesabla məğlub etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Foto

Seltik-Qarabağı minimal hesabla məğlub etdi – YENİLƏNİB (FOTO)

Seltik-Qarabağı minimal hesabla məğlub etdi


Bildiyiniz kimi, bugün Qaraba Seltikin qonağı olacaq.

AzNews.info-nun verdiyi xəbərə görə, bu gün Çempionlar Liqasının 3 təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Seltik” - “Qarabağ” oyunu Azərbaycan kanalları tərəfindən canlı yayımlanmayacaq.

Bunu nəzərə alaraq, AzNews.info futbol azarkeşlərinə oyunu canlı izləmək şansı yaradır.

Bunun üçün, oyun başladığı andan bitənədək aşağıdakı linkdən Seltik-Qarabağ qarşılaşmasını izləyə bilərsiniz.

Seltik-Qarabağ matçını buradan izləyin (AUDİO) | Watch Celtic vs Qarabag online live (AUDIO)

***

İlk hissə komandalardan heç biri hesabı aça bilməyib. Hələ ki, Seltik kobud oyunu ilə yadda qalıb. Lakin açıq üstünlüyü ələ ala bilməyib. Kobud oyunun nəticəsi olaraq Seltik oyunçuları artıq 2 sarı kart görüblər.

Belə ki, 36. dəqiqədə İsaqirre, daha sonra isə Van Deyk El-Cəduyiyə qarşı kobud oynadığına görə hakim tərəfindən sarı kartla cəzalandırılıblar.

***

Meydan sahibləri ikinci hissəyə də kobud oyunla başladılar. 48. dəqiqədə Makkey-Stiven Aqolliyə qarşı kobud oyunu ilə yadda qaldı. Daha sonra, 52. dəqiqədə Riçard Almeyda Bitonla toqquşdu ki, bunun nəticəsində Qarabağın əleyhinə cərimə zərbəsi təyin olundu. Buna baxmayaraq Nadir Çiftçi cərimə zərbəsini dəqiq yerinə yetirmədi.

***

Cəmi 1 dəqiqə sonra yenə Çiftçi diqqət mərkəzində oldu. Lakin bu dəfə o oyundan kənar vəziyyətə düşərək fürsətdən istifadə edə bilmədi.

***

Çiftçinin daha bir zərbəsi qapıçımızın düz üstünə gəldi. Şehiç üçün bu topu tutmaq elə də çətin olmadı.
Azarkeşlərin təzyiqi ilə Seltikin baş məşqçisi Ronni Deyla Armstronqu Forrestlə əvəzlədi.

***

65. dəqiqədə Qarayev Bitona qarşı kobud oynadı. Seltik cərimə zərbəsi qazansa da, Yohanson fürsətdən istifadə edə bilmədi. Bununla belə, Almeyda daha bir qayda pozuntusuna səbəb oldu. Cərimə zərbəsini bu dəfə də Yohanson yerinə yetirdi. Qapı qarşısında çaşqınlıqdan istifadə edərək topu qazanan Van Deyk gözəl zərbə endirə bilsə də, Şehiç bir o qədər gözəl hərəkətlə topu tutmağa nail oldu.

***

69. dəqiqədə Seltik fanatlarının daha bir səbirsizliklə gözlədikləri oyunçu dəyişikliyi baş tutdu. Biton öz yerini Qrifittsə verdi.

***

Sol cinahla hücum quran Qarabağlı oyunçular qapıya zərbə endirməyə nail olsalar da, top qapıdan aralı keçdi.
72. dəqiqədə Qurbanov Tağıyevi Elvin Məmmədovla əvəzlədi.
Bu dəqiqəyə olan cərimə sayına görə Seltik 10-9 hesabı ilə öndə gedir.

***

82. dəqiqədə Dedrik Boyata hesabı açmağa nail olur. Seltik 1 - Qarabağ 0.

***

Qurbanov sonuncu dəyişiklik olaraq El-Caduini Pupon ilə əvəzlədi.
Oyunun sonuna 4 dəqiqə əlavə olundu.

***

Ağdamlıların güclü müqavimətinə baxmayaraq, 82. dəqiqədə Boyatanın vurduğu qol oyunda yeganə oldu və Seltik-Qarabağ matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatdı.

Seltik-Qarabağı minimal hesabla məğlub etdi
Seltik-Qarabağı minimal hesabla məğlub etdi
Seltik-Qarabağı minimal hesabla məğlub etdi
Seltik-Qarabağı minimal hesabla məğlub etdi
Seltik-Qarabağı minimal hesabla məğlub etdi
Seltik-Qarabağı minimal hesabla məğlub etdi
Seltik-Qarabağı minimal hesabla məğlub etdi
Seltik-Qarabağı minimal hesabla məğlub etdi
Seltik-Qarabağı minimal hesabla məğlub etdi

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *