“Qarabağ”ın oyunu canlı yayımlanmayacaq
Bu gün Çempionlar Liqasının 3 təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Seltik” - “Qarabağ” oyunu canlı yayımlanmayacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Qarabağ” klubunun direktoru Emrah Çelikel özünün “Facebook” səhifəsində məlumat verib.
Klubun direktoru qeyd edib ki, AZTV və klubun əlində olmayan səbəblərdən bugünkü oyun canlı yayımlanmayacaq.
Səbəb kimi Emrah Çelikel “Seltik” klubunun azarkeşləri stadiona gətirmək üçün heç bir kanalda oyunu canlı yayımlamamasıdır.
“İdman Azərbaycan” kanalının rəsmi saytında da bu barədə məlumat yerləşdirilib. Həmin məlumatı olduğu kimi təqdim edirik:
Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Seltik” - “Qarabağ” matçı Azərbaycan Televiziyası ilə canlı yayımlanmalı idi.
Artıq bununla bağlı qarşı tərəflə danışıqlar aparılmış və ilkin razılıq əldə olunmuşdu. Hətta oyunun göstəriləcəyi ilə bağlı anons da hazırlanmışdı. Ancaq yayım baş tutmaya bilər. Belə ki, Şotlandiya təmsilçisi son anda qarşılaşmanın yayım hüququnu satmaqdan imtina edib. Şotlandlar səbəb kimi çox gülünc məntiqə əsaslanırlar. Onlar guya Azərbaycanda internet saytlarının qanunsuz olaraq İdman Azərbaycan kanalını onlayn olaraq öz səhifələrində yerləşdirilməsini əsas gətirərək qarşılaşmanın ölkəmizdə göstərilməsini istəmirlər. Belə olan təqdirdə “Seltik” tərəfi Şotlandiyada da görüşün bu saytlar vasitəsilə izləniləcəyini qanunsuz hesab edir. İdman Azərbaycan kanalı hal-hazırda oyunun canlı yayımlanması üçün Şotlandiya klubu, habelə oyunu həmin ölkədə yayımlayacaq telekanalla danışıqları davam etdrir. Ancaq telekanal rəhbərliyi onu da bildirir ki, əgər “Seltik” rəhbərliyi oyunun yayım hüququnu Azərbaycan televiziyasına verməkdən imtina etsə, o zaman artıq AZTV-dən asılı olmayan səbəblər üzündən “Seltik” - “Qarabağ” matçı canlı göstərilməyəcək. Və bu yayımın baş tutmamasına görə, bütün məsuliyyət “Seltik” klubunun üzərinə düşür”.
Mənbə:> Oxu.Az