Qurban Qurbanov: Minimal hesablı məğlubiyyət də bizə sərf edir » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

Qurban Qurbanov: Minimal hesablı məğlubiyyət də bizə sərf edir – VİDEO

Qurban Qurbanov: Minimal hesablı məğlubiyyət də bizə sərf edir


Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Seltik"lə qarşılaşacaq "Qarabağ” iyulun 27-si Şotlandiyaya yola düşüb.

ANS PRESS-in məlumatına görə, 6 saatlıq uçuşdan sonra Şotlandiyanın paytaxtına çatan Ağdam klubu gün oyunun keçiriləcəyi stadionda yerli vaxtla saat 19:45-də (Bakı vaxtıyla 23:45-də) məşqə çıxacaq. Komandanın baş məşqçisi Qurban Qurbanov da səfər öncəsi ANS-in suallarını cavablandırıb. Şotlandiyada onları çətin oyun gözlədiyini bildirən Qurbanov, maksimum səhvsiz oynamağa çalışacaqlarını bidlirib.



Komandamızın kapitanı Rəşad Sadıqov rəqibi kifayət qədər analiz etdiklərini, xüsusilə standart vəziyyətlərə və rəqibin hündürboylu futbolçularına diqqət yetirməli olduqlarını deyib.



İyulun 29-u "Seltik Park"da baş tutacaq "Seltik" - "Qarabağ" qarşılaşmasının start fiti saat 23:45-də veriləcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *