Qurban Qurbanov qərarını verdi
Avroliqada Azərbaycanı uğurla təmsil edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun klubdan gedib-getməyəcəyi məsələsinə aydınlıq gəlib.
ANS PRESS-in "Qarabağ"ın Facebook səhifəsinə istinadla verdiyi məlumata görə, klubun vitse-prezidenti Tahir Gözəl baş məşqçinin klubda qalacağını bildirib.
Qeyd edək ki, yığmanın baş məşqçisi Berti Foqtsun istefasından sonra Qurban Qurbanovun bu posta gətiriləcəyi söylənilirdi. Berti Foqtsun istefasından sonra millimiz Mahmud Qurbanova həvalə olunub. Komandamızın baş məşqçisinin adına isə noyabrın 16-da Bakıda keçirəcəyimiz Norveçlə qarşılaşmadan sonra aydınlıq gələcəyi gözlənilir.
Mənbə:> ANSPRESS