Yeni baş məşqçidən açıqlama
Berti Foqtsun əvəzinə milli komandaya müvəqqəti olaraq gətirilən Mahmud Qurbanov yeni təyinatı ilə bağlı açıqlama verib.
“Qafqazinfo”ya danışan Mahmud Qurbanov bu qərarın özü üçün gözlənilməz olduğunu deyib: “Cəmi bir oyun üçün baş məşqçilik edəcəm. Bu da noyabrda Norveçə qarşı keçiriləcək matça təsadüf edir. Əlimdən gələni edəcəm ki, komanda yaxşı təsir bağışlasın. Mənim üçün gözlənilməz bir qərar oldu. Buna görə AFFA-ya təşəkkür edirəm ki, mənə etimad göstərdilər. Millinin heyətində yəqin ki, hər hansı dəyişiklik olacaq. Vaxt azdır, noyabra qədər milli çempionatın matçlarını izləyəcəm. Futbol oynamaq istəyən futbolçulara şans veriləcək. Bununla yanaşı, təcrübəli futbolçular da heyətdə yer alacaqlar”
Mənbə:> Qafqazinfo.Az