Bu cür penalti görülmədi - VİDEO
AZXEBER.COM-un məlumatına görə, "Yeonbuk Motors" ilə "Pohank Stelers" klubları arasında baş tutan matçda qeyri-adi penalti atışından istifadə edilib.
Qarşılaşmanın 25-ci dəqiqəsində penaltini vurmağa hazırlaşan "Jeonbuk Motors"un koreyalı futbolçusu topu qapıya vurmaq əvəzinə komanda yoldaşına ötürmə edib. Bu pası dəyərləndirən digər futbolçu Kayo isə topu boş qapıya göndərib.
Yaşıl meydançalarda çox az rast gəlinən bu penalti atışını illər əvvəl Yohan Kroyf sınayıb. Daha sonra "Arsenal"ın ulduzu Tiyeri Anri ilə Robert Pires bu penalti vuruşu "hiylə"sindən istifadə ediblər.
Mənbə:> AZXEBER.COM