“Qarabağ” səfərdə “Qəbələ” ilə bərabərliyə qaldı
Topaz Premyer Liqasının ilk turunun mərkəzi qarşılaşmasında Ağdamın “Qarabağ” klubu səfərdə “Qəbələ”nin qonağı olub.
Oxu.Az xəbər verir ki, oyun 2:2 hesabı ilə bitib.
Hesabı 32-ci dəqiqədə “Qəbələ”nin hücumçusu Serqey Zenev açıb. 62-ci dəqiqədə Riçard Almeyda penalti zərbəsini dəqiq yerinə yetirərək oyunda bərabərliyi bərpa edib.
74-cü dəqiqədə Qara Qarayevə qarşı kobudluğa görə hakim “Qəbələ”nin futbolçusu Rəşad Sadiqova qırmızı vərəqə göstərib. Azlıqda qalan meydan sahibləri 9 dəqiqə sonra qapılarında ikinci qolu görüblər. Almeyda cərimə meydançasından kənardan effektli zərbə ilə dubla imza atıb.
Lakin “Qarabağ” bu hesabı sona qədər qoruya bilməyib. 86-cı dəqiqədə Ağdam klubunun kapitanı Rəşad Sadıqovun kobud səhvindən sonra Samir Zərgərov qapıçı ilə üzbəüz qalıb və komandasını məğlubiyyətdən xilas edib.
“Qəbələ” 2:2 “Qarabağ”.
Mənbə:> Oxu.Az