"Beşiktaş" səfərdə məğlub oldu
Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Türkiyənin "Beşiktaş" klubu Brüsseldə "Brügge" ilə qarşılaşıb.
ANS PRESS-in məlumatına görə, oyun meydan sahiblərinin 2:1 qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 46-cı dəqiqədə "Beşiktaş" lı Gökhan Törə açıb. 62-ci dəqiqədə isə "Brügge"nin hücumçusu Tom De Sutter hesabı bərabərləşdirib. 78-ci dəqiqədə meydan sahibləri penalti zərbəsindən fərqlənib. Lior Rafaelov penaltini dəqiq yerinə yetirib - 2:1.
Komandalar arasında cavab qarşılaşması martın 19-da İstanbulda keçiriləcək.
Mənbə:> ANSPRESS