"Beşiktaş" "Brügge" matçında stadionu su basdı
Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Türkiyənin "Beşiktaş" klubu ilə "Brügge" arasında keçirilən qarşılaşmada qəribə hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, ev sahiblərinin qələbəsi ilə başa çatan matç zamanı stadionun avtomatik suvarma mexanizmi öz-özünə işə düşüb.
Hadisə qarşılaşmanın 9-cu dəqiqəsində baş verib və “Brüqqe”nin qapısının arxasında olan mexanizm meydançaya su püskürtməyə başlayıb.
Həmin anda matç dayandırılıb və futbolçukar baş verənlərə təbəssümlə qarşılayıblar. Suyun dyandırılmasından sonra qarşılaşma davam edib.
Oyun ev sahibi komandanın 3.2 hesablı qələbəsi ilə başa çatıb.
Mənbə:> ANSPRESS