“Qarabağ”ın oyununa 450 azarkeş gəldi
Bu həftə Topaz Premyer Liqasında 3-cü tura yekun vuruldu. “Qafqazinfo” xəbər verir ki, o qədər də bolqollu alnmayan turda gözlənilməz nəticə də qeydə alınmayıb.
Azarkeş baxımından isə vəziyyət yenə də bərbad olaraq qalır.
Çempionatın liderləri “Qəbələ” və “Qarabağ”ın oyunlarını toplam 1350 azarkeş izləyib. “Qırmızı -qaralar”ın “Kəpəz”lə oyununa 900, ağdamlıların Mərdəkanda AZAL-la matçına isə cəmi 450 azarkeş tamaşa edib.
Uğursuz nəticələrlə azarkeşləri özündən çıxaran “Neftçi” – “Sumqayıt” matçını 1500 tərəfdar arenadan izləyib.
“Zirə” – “İnter” qarşılaşmasında isə 1000 nəfər komandalarını dəstəkləyib.
Ən böyük azarkeş kütləsi isə gözlənildiyi kimi Lənkəranda qeydə alınıb. “Xəzər Lənkəran”ın “Rəvan”la qarşılaşmasında isə 9500 nəfər cənublu tərəfdar “ağ-yaşıllar”ı dəstəkləyib.
Mənbə:> Qafqazinfo.az