Azarkeş əməliyyatda » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Futbol

Azarkeş əməliyyatda

Azarkeş əməliyyatda


Bakıdakı Tofiq Bəhrəmov adına stadionda keçirilən "Qarabağ" "Dnepr" matçında üzərinə dəmir qapı aşaraq yaralanan azarkeş Samir Mirzəyev bu gün əməliyyat ediləcək.
Bunu ANS PRESS-ə açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

Onun sözlərinə görə, əməliyyat 10-15 dəqiqədir ki, başlayıb. "Həkimlər Samirin əməliyyatının 1 saat çəkəcəyini deyiblər".

N.İbrahimov əməliyyatdan əvvəl Samirlə danışdığını və vəziyyətinin normal olduğunu deyib. "Rahat söhbət edirdi. İndi Samirin əməliyyatdan çıxmasını gözləyirik. İnanırıq ki, hər şey yaxşı olacaq".

Xatırladaq ki, noyabrın 6-sı UEFA Avropa liqasinin qrup mərhələsi çərçivəsində "Qarabağ"-"Dnepr" oyununu keçirilib. 11-ci sektorda oyunu izləyən "Qarabağ" azarkeşi Samir Mirzəyevin üzərinə dəmir qapı aşıb. Onun kəllə-beyin travması aldığı, oma və diz sümüyünün sındığı bildirilmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *