Bakıda mövsümün rekordu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Bakıda mövsümün rekordu

Bakıda mövsümün rekordu


Topaz Premyer Liqasının 23-cü turunun “Neftçi” - “Qarabağ” oyunu azarkeş sayında iki rekord vurub.

ANS PRESS PFL-in saytına istinadən verdiyi məlumata görə, 4500 tamaşaçı toplayan qarşılaşmada çempionatda mövsümün ikinci yarısının ən yüksək göstəricisi qeydə alınıb.

Belə ki, 2015-ci ilə təsadüf edən 5 turun 20 oyunundan heç birində bu qədər azarkeşə rast gəlinməyib. Bu görüşədək rekord 20-ci turun “Xəzər Lənkəran” – “İnter” görüşünə məxsus idi – 2500 tamaşaçı.

“Bakcell Arena”da qeydə alınan 4500 nəfərlik auditoriya həm də mövsümün Bakıda keçirilən qarşılaşmaları üçün ən yüksək göstəricidi. Belə ki, cari çempionatda paytaxtda baş tutan matçlarda bu qədər tamaşaçıya təsadüf olunmamışdı. Bunadək rekord 15-ci turunun “Qarabağ” – “Neftçi” matçında qeydə alınmışdı. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 3000 izləyici seyr etmişdi.

Ümumiyyətlə isə nəticəsi ləğv olunan qarşılaşmaları nəzərə almasaq mövsümün yalnız 5 oyununda “Bakcell Arena”dakından daha çox tamaşaçı qeydə alınıb. Bu matçların hamısı Lənkəranda baş tutub. Çempionatın rekordu isə 2-ci turun “Xəzər Lənkəran” – “Sumqayt” görüşüdü – 8500 tamaşaçı.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyununda qonaqlar 1:0 hesabı ilə qalib gəlib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *