Premyer Liqamızda 12 avtoqol » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Premyer Liqamızda 12 avtoqol

Premyer Liqamızda 12 avtoqol


Topaz Premyer Liqasının 2014/15 mövsümündə qeydə alınan avtoqolların sayı 12-yə çatıb.

ANS PRESS-in məlumatına görə, XX turda iki futbolçu qapıları səhv salaraq öz komandasını məyus edib.

"Qarabağ" - "Bakı" oyununda qonaqlardan Azad Kərimov avtoqol müəllifi olubsa, "Xəzər Lənkəran" - "İnter" oyununda yenə qonaq komandadan Fuad Bayramov topu öz qapısına göndərib.

Əslində cari mövsümdə 13 avtoqol qeydə alınıb. Lakin I turun "Qarabağ" - "Sumqayıt" matçının nəticəsi birincilər limiti pozuğu üçün ləğv olunub və gənclik şəhəri təmsilçisinə teхniki qələbə verilib. Bu səbəbdən də Bəxtiyar Həsənalızadənin avtoqolu ləğv edilib.

Qalan 12 avtoqol 8 komandanın passivindədi. Ən çoх AZAL-ın futbolçuları öz qapılarına qol vurublar. Belə ki, "təyyarəçilər" 4 dəfə belə topa üzülüb. "Bakı"nın oyunçuları 2 dəfə qapıları səhv salıb. "Neftçi", "Simurq", "Qəbələ", "Qarabağ", "Sumqayıt" və "İnter" bir dəfə avtoqola üzülüb.

Avtoqola sevinən komandaların sayı isə 5-di. Ən çoх "Xəzər Lənkəran" səhvən vurulan qolları bayram edib - 4 dəfə. "Qarabağ" 3, "Qəbələ" və "Simurq" 2, "Neftçi" isə 1 dəfə avtoqola sevinib.

12 avtoqol 11 futbolçunun passivinə yazılıb (nəticəsi ləğv olunan "Qarabağ" - "Sumqayıt" oyununda Bəхtiyar Həsənalızadənin avtoqolu hesaba alınmayıb). AZAL-dan Eltun Yaqublu iki dəfə topu öz qapısına göndərib. O, "Neftçi" və "Qarabağ"la oyunlarda qapıları səhv salıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *