"Neftçi" biabırçı hesabla uduzdu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Neftçi" biabırçı hesabla uduzdu

"Neftçi" biabırçı hesabla uduzdu


Bu gün Topaz Premyer Liqasında XXXIII tura start verilib. ANS PRESS-in məlumatına görə, ilk gündə turun 3 qarşılaşması baş tutub.

"Qarabağ" "Xəzər Lənkəran"ın qonağı olub və heç-heçəyə razılaşıb - 1:1. "Qəbələ" səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəlib. "Neftçi" isə biabırçı hesabla uduzub - 0:4. Bu oyunda "İnter"dən Səlahət Ağayev, "Neftçi"dən Mirhüseyn Seyidov qırmızı vərəqə alıb.

Qeyd edək ki, tura sabah keçiriləcək "Bakı" - AZAL oyunu ilə yekun vurulacaq. "Araz Naхçıvan" çempionatdan çıхdığından "Simurq" bu turda istirahət edəcək.

Premyer Liqa
2014/15 mövsümü
IV dövrə, XXXIII tur

8 may
Xəzər Lənkəran - Qarabağ 1:1
Qollar: Ağabala Ramazanov, 78 - Leroy Corc, 80.

Sumqayıt - Qəbələ 0:2
Qollar: Aleksey Qay, 39. Viktor Mendi, 41.

İnter - Neftçi 4:0
Qollar: Baçana Tsxadadze, 45; 56. Derlis Meza Kolli, 49. Elvin Məmmədov, 90+1.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *