Hökumətdən yunanlar üçün yeni qadağalar
Yunanıstan hökuməti yunanlara xaricə 2 min avrodan artıq nağd pul çıxarmağa icazə vermirlər.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti bildirib.
Müvafiq qanunvericilik aktı hökumət qəzetində dərc edilib və artıq qüvvəyə minib.
“Bir səfər zamanı ölkədən bir nəfər üçün nağd olaraq 2 min avro və ya bu məbləğin digər xarici valyutalarda ekvivalentini çıxarmağa icazə verilir”, - sənəddə deyilir.
Məhdudiyyətlər daimi olaraq xaricdə yaşayan xaricilərə aid deyil. Nağd valyutanın ölkədən çıxarılmasına məhdudiyyətə dair qərarı Yunanıstan bankının rəhbəri qəbul edib.
O qeyd edib ki, daha öncə Yunanıstan vətəndaşlarına ölkədən 10 min avro çıxarmağa icazə verilirdi.
Daha öncə məlumat verilmişdi ki, yunan bankları üç həftəlik “tətillər”dən sonra açılıb. İndiyə qədər nağd pul vəsaiti çıxarılmasına dair məhdudiyyətlər qüvvədədir, yunanlara həftə ərzində 420 avrodan çox pul çıxarmağa icazə vermirlər.
Mənbə:> Oxu.Az