Yunanıstanda xalq bankomatlara hücum edib » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Yunanıstanda xalq bankomatlara hücum edib

Yunanıstanda xalq bankomatlara hücum edib


Yunanıstan parlamenti iyunun 28-nə keçən gecə çağırılmış təcili plenar iclası zamanı iyulun 5-də referendumun keçirilməsi təklifini ratifikasiya edib. Referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə münasibət bildirəcəklər.

AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, Yunanıstanda, hökumətin, kreditorların bu ölkəyə nağd pul axınının bərpa edilməsi müqabilində irəli sürdüyü şərtləri xalq səsverməsinə təqdim etmə qərarı Avropa tərəfdarı olan müxalifət partiyalarının sərt reaksiyalarına səbəb olarkən, qərarın açıqlanması ilə minlərlə vətəndaş pul çəkmək üçün bankomatlara hücum edib. Başda paytaxt Afina olmaqla ölkənin bütün şəhərlərindəki bankların önündə gecə saatlarından etibarən uzun növbələr yaranıb. Əmanəti olan vətəndaşlar bacardıqca daha çox pul çıxarmağa çalışırlar.

Qeyd edək ki, Avrozona ölkələrinin maliyyə nazirləri Şurası (Avropa Qrupu) Yunanıstan və onun kreditorları arasında razılaşmaya növbəti dəfə nail olmaq məqsədilə ötən gün Brüsseldə növbədənkənar toplantı keçirib. İclasda Yunanıstanda büdcə qənaəti və islahatlar proqramı müzakirəyə çıxarılıb. Kreditorlarla razılaşmaya nail olunacağı təqdirdə ölkə əlavə beynəlxalq kreditlər almaq imkanı əldə edəcəkdi. Hazırda Yunanıstanın Avrozona tarixində ilk dəfə suveren defolta uğraması və valyuta birliyini tərk etməsi riski var.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *